AZ

Qurban Qurbanovdan heç-heçəyə ilk - REAKSİYA

BAKI, 5 noyabr. TELEQRAF

“İlk öncə azarkeşlərə təşəkkür etmək istəyirəm. Çox möhtəşəm idilər. Əsl bayram yaşadılar. Bəlkə də indiyədək olan ən həyəcanlı oyun idi”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubuna qarşı keçirilən görüşü şərh edərkən deyib.

Təcrübəli mütəxəssis 2:2 hesabı ilə başa çatan qarşılaşma barədə fikirlərini səsləndirib:

“Futbolçularıma sonadək mübarizə apardıqları üçün minnətdaram. Onların hansı həyəcanı keçirdiyini çox gözəl anlayırdım. Bildiyiniz kimi, İngiltərə klubları ilə qarşılaşmada ilk xalımızdır. Bu, elə bir turnirdir ki,istənilən nəticə ola bilər. Rəqiblər zamanla bizə daha da ciddi yanaşırlar. Biz də qarşıdakı oyunlara çox ciddi yanaşmalıyıq”.

Seçilən
40
teleqraf.com

1Mənbələr