AZ

ABŞ suverenliyini qismən itirib TRAMP

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerika prezidenti Donald Tramp hesab edir ki, demokrat Zöhran Məmdaninin Nyu-York mer seçkilərində qalib gəlməsi ilə Birləşmiş Ştatlar öz suverenliyini qismən itirib. Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri, Florida ştatının Mayami şəhərində keçirilən biznes forumda çıxışı zamanı bu mövqeyini açıqlayıb."Biz 2024-cü il noyabrın 5-də çox şeyə nail olduq. Birləşmiş Ştatlar xalqı öz hakimiyyətini geri aldı. Biz suverenliyimizi bərpa etdik. Dünən axşam Nyu-Yorkda onun bir hissəsini itirdik, lakin biz bununla məşğul olacağıq", - deyə Amerika lideri bildirib.Qeyd edək ki, Mamdani noyabrın 4-də Nyu-York meri seçkilərində qalib gəlib. Qələbəsindən sonra o, Trampı və onun ardıcıllarını dayandıracağına söz verib. Anar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
17
newscenter.az

10Mənbələr