AZ

Brüssel “hərbi Şengen” planı ilə Avropanın müdafiəsini gücləndirir

Avropa İttifaqı (Aİ) potensial Rusiya ilə münaqişə şəraitində əsgərlərin, silahların, sursatın və yaralıların sürətli daşınmasını təmin etmək üçün yeni “hərbi Şengen” mexanizmi üzərində işləyir.

Editor.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası 19 noyabra qədər Aİ-nin hərbi mobilliyinə dair yeni sənəd təqdim etməyi planlaşdırır. Sənədin məqsədi ittifaq daxilində hərbi texnika, şəxsi heyət və yüklərin sərbəst və operativ şəkildə daşınmasını təmin etməkdir.

Jurnalistlərin əldə etdiyi məlumata əsasən, yaxın günlərdə bu istiqamətdə rəsmi açıqlama və qanunvericilik təşəbbüsləri də təqdim olunacaq. Yeni qaydalar Aİ ölkələri arasında inzibati və logistika maneələrinin aradan qaldırılmasını nəzərdə tutur.

İlkin məlumata görə, bu təşəbbüs Avropanın müdafiə qabiliyyətini və NATO qüvvələri ilə koordinasiyasını gücləndirməyə yönəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr