AZ

Rütte Putinin nüvə təhdidlərinə istehza ilə cavab verdi

NATO-nun baş katibi Mark Rütte Rusiya diktatoru Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi, o cümlədən yeni nüvə silahı sınaqları ilə bağlı bəyanatlara istehza ilə reaksiya verib.

Editor.az xəbər verir ki, Digi24 nəşrinin məlumatına görə, Rüttenin açıqlaması Rumıniya prezidenti Nikuşor Dan ilə birgə mətbuat konfransı zamanı səslənib.

Rütte bildirib ki, Kreml rəhbərliyinin bu kimi bəyanatları artıq təəccüb doğurmur və NATO-nun müttəfiqlərinin təhlükəsizliyini təmin etmək istiqamətindəki qətiyyətini dəyişməyəcək:

“Bu cür ritorika bizi qorxutmur. NATO birliyini və müdafiə qabiliyyətini qorumaqda qərarlıdır.”

//Samir Qurbanov, Editor.az

 

 

NATO baş katibi əlavə edib ki, Alyans istənilən təhdidə cavab verməyə tam hazırdır.

Seçilən
34
editor.az

1Mənbələr