AZ

Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı

Dünyada

Yerin təxminən üçdə bir hissəsini meşələr örtür. Meşələr təkcə dəyərli təbii resurs deyil, həm də ekoloji tarazlığın qorunması üçün həyati əhəmiyyət daşıyır.

Reyting.az
xəbər verir ki, “Global Forest Resources Assessments təşkilatının məlumatına əsasən, dünyada ən çox meşə sahəsi Rusiyada yerləşir - 833 milyon hektar. Bu göstərici planetdəki bütün meşələrin təxminən 20 faizinə bərabərdir.

İkinci yerdə Braziliya qərarlaşıb - bu ölkənin meşə fondu 486 milyon hektardır.

Kanadada 369 milyon hektar meşə sahəsi var və bu göstərici ilə ölkə üçüncü pillədə qərarlaşıb.

Dördüncü yerdə ABŞ (309 milyon hektar), beşinci yerdə isə Çin (227 milyon hektar) dayanır. Beləliklə, bu beş ölkənin payına dünyanın ümumi meşə sahəsinin yarıdan çoxu düşür.

İlk onluqda yer alan digər ölkələr isə Avstraliya, Hindistan, Konqo Respublikası, İndoneziya və Perudur.

Statistikaya görə, Rusiyadan sonra Avropa ölkələri arasında ən çox meşəlik ərazi İsveçdədir - təxminən 28 milyon hektar. Bu göstərici İsveçi qlobal reytinqdə 22-ci pilləyə yüksəldir.

Oqtay QORÇU
Seçilən
17
1
reyting.az

2Mənbələr