AZ

Xəstəliklərin gizli səbəbi ÜZƏ ÇIXDI Dərman satışlarının kəskin artmasının PƏRDƏARXASI

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 1,139 milyard manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% çoxdur.

 

Farmakoloq Aydın Əliyev əczaçılıq məhsullarının satışının artmasını koronavirus peyvəndi ilə əlaqələndirib.

O Bizim.Media-ya açıqlamasında bildirib ki, bir xəstəliyə qarşı bir dərman istehsal olunur:“Ondan istifadə edirlər o formasını dəyişir. Daha sonra həmin xəstəliklərin yeni variantları üzə çıxır və o variantlar üçün dərmanlar hazırlanır. Bu səbəbdən də artım ola bilər. Amma əsas səbəblərdən biri koronavirus peyvəndidir. Koronavirus peyvəndi bədənləri silkələdi.

 

Hansı orqanizmin immun sistemi zəifdirsə, bədənin zəif nöqtəsi varsa, o xəstəlikləri daha da qabarıq formada üzə çıxardı. Peyvənddən sonra xəstəliklərin sayı da artmağa başladı.

Bu səbəbdən də dərman satışları artmış ola bilər”.Naibə Məmmədova, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
bizim.media

2Mənbələr