AZ

Qusarda şəhid məzarları ziyarət edilib

Rayon icra hakimiyyətinin əməkdaşları, Qusarın hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri və qazilər Gədəzeyxur,  Əniq, Suvacal, Çiləgir, Qayakənd, Gündüzqala, İmamqulukənd  kəndlərində və Qusar şəhərində  şəhid məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Bildirilib ki, qəhrəman ordumuzun əsgərləri Ali Baş Komandanın rəhbərliyi altında 30 illik bir intizara son qoydu. 44 gün davam edən müharibə qələbəmizlə başa çatdı. Qusarlı gənclər bu döyüşlərdə şücaət göstərdi, onlarla döyüşçü şəhidlik zirvəsinə yüksəldi. Bu gün hər bir şəhid və qazi ailəsinə hörmət bəslənilir, onların problemləri həll edilir, şəhidlərin adları əbədiləşdirilir.

Mərasimdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid ailələri və kənd sakinlərinin qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib. Bir çox məsələlər yerindəcə həllini tapıb. 

Şəhid ailələri, valideynlər və  qazilər onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
45
azerbaijan-news.az

1Mənbələr