AZ

Qara kərkəsi belə xilas etdilər Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində sakinlər avtomobil yolunun kənarındakı şam ağacında böyük quş olduğunu görüblər.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə məlumat verilib.

Əraziyə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər Qara kərkəsi şam ağacından götürərək aidiyyəti üzrə təhvil veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
qafqazinfo.az

4Mənbələr