AZ

Yanvar ayından 1,1 milyon nəfərin pensiyası 10 faiz ARTACAQ

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyaları təxminən 10 faiz artacaq.

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

O qeyd edib ki, artım səviyyəsi orta aylıq nominal əməkhaqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən artımına görə baş verir.

"Hazırda isə orta aylıq nominal əməkhaqqı 9,7 faiz artaraq 1093 manata çatıb. DSMF-nun yeni büdcəsi də bunu təsdiq edir. Belə ki, fondun gələn il üçün gəlirləri 8,32 mlrd manat, xərcləri isə 8,48 mlrd manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin həcmi isə bu illə müqayisədə gələn il 787,5 milyon manat çox olacaq. Bu isə 10,63 faiz artım deməkdir", - ekspert vurğulayıb.

Minimum pensiya 320 manat, yaşayış minimumu və ehtiyac meyarı isə 300 manat olacaq.

"Məlumat üçün deyim ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bu göstəricini haırlanmasının əsas məqsədi  aztəminatlı ailələrə dövlət sosial yardımının göstərilməsi, fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunmayan həddinin müəyyənləşdirilməsi və dövlət büdcəsi ilə sosial siyasətin planlaşdırılmasıdır.

Qeyri-neft və qeyri-dövlət sektoru üçün gəlir vergisi 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildə isə 7 faiz olacaq və bu sektorda 2500 manata qədər olan hissə  7 faizlə davam edəcək. 8000 manata qədər 10 faiz, 8000 manatdan yuxarı isə 14 faiz olaraq müəyyən olunacaq. Amma gələn il üçün bu dərəcə 3 faizdir.

Gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli avtomobillərin idxalı və satışına tətbiq edilən ƏDV güzəşti bitir.

Minimum əmək haqqı isə artırılmayacaq. Əslində bu heç gözlənilmirdi də. Çünki, adətən minimum əmək haqqı 2 ildən bir artırılır. Odur ki, bu artımı 2027-ci ilin 1 yanvarından 450-460 manata yüksəldiləcəyini ehtimal etmək olar", - Eldəniz Əmirov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
6
modern.az

8Mənbələr