AZ

Kardioloq soyuq əllər və ayaqların gizli səbəblərini açıqlayıb

Soyuq əllər və ayaqlar bəzən yalnız hava şəraitindən deyil, müxtəlif xəstəliklərdən də xəbər verə bilər. AzPostLife.ru” saytına istinadla xəbər verir ki, bu barədə həkim-kardioloq, tibb elmləri namizədi İrina Polyaeva məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ətrafların soyuması çox vaxt sadə səbəblərlə — soyuq hava və ya az hərəkətli həyat tərzi ilə bağlı olur. Lakin bu hal mütəmadi şəkildə, aydın səbəb olmadan təkrarlanırsa, sağlamlıqla bağlı problemlərin göstəricisi ola bilər.

Kardioloq bu vəziyyətin bir neçə tibbi səbəbini sadalayıb:

Qansızlıq (anemiya). Qanda hemoqlobinin azalması orqanizmin oksigenlə təminatını zəiflədir və bu zaman ən əvvəl əllər və ayaqlar soyuyur.

Qan dövranının pozulması. Damarların daralması və ya xolesterin yığıntıları nəticəsində qan axını zəiflədikdə, ətraflara qan çatmır və soyuqluq yaranır.

Qalxanabənzər vəzinin zəif fəaliyyəti. Hipotireoz maddələr mübadiləsini ləngidir, bu da bədənin ümumi istiliyini aşağı salır, yorğunluq, quru dəri və çəki artımı ilə müşayiət olunur.

Şəkərli diabet. Diabet xəstələrində sinir zədələnməsi (neyropatiya) qan dövranının tənzimlənməsini pozur və nəticədə ətraflar soyuyur.

İrina Polyaeva qeyd edib ki, bu əlamət tez-tez təkrarlanarsa, özbaşına müalicə aparmaq olmaz, mütləq həkimə müraciət edilməlidir.

Müvəqqəti rahatlıq üçün isti geyimlərdən istifadə, otaqda normal temperaturu qorumaq və qan dövranını hərəkətə gətirən yüngül idman hərəkətləri tövsiyə olunur.

AzPost.az

Seçilən
67
1
azpost.info

2Mənbələr