AZ

Dünya bazarlarında neft bahalaşıb

Noyabrın 5-də dünya bazarlarında neft qiymətləri yüksəlib.

"APA-Economics" xəbər verir ki, WTI (Nymex) markalı neftin bir bareli 0,32% artaraq 59,79 ABŞ dolları, Brent (ICE) markalı neftin bir bareli isə 0,27% artımla 63,69 ABŞ dolları təşkil edib.

Artım əsasən ABŞ-da neft ehtiyatlarının azalması və Yaxın Şərqdə geosiyasi gərginliklərlə bağlı bazarda təklif risklərinin artması fonunda müşahidə olunur.

Seçilən
28
3
apa.az

4Mənbələr