AZ

TƏKZİB

05 noyabr 2025-ci il tarixdə “Metbuat.az” xəbər portalında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə bağlı məqalə dərc edilib. “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqalə redaksiyamıza göndərilən məlumatlar əsasında hazırlanıb. Təəssüf ki, hazırladığımız məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib.

“Metbuat.az” xəbər portalı olaraq bəyan edirik ki, sözügedən məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində heç bir mənfi niyyətimiz olmayıb. AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzağıq. Hazırladığımız xəbərin manipulyasiya edilməsinin, AzTV-yə qarşı aparılan qərəzli kampaniyaya alət edilməsinin qarşısını almaq üçün onu “Metbuat.az”ın səhifəsindən sildik.

Apardığımız araşdırma zamanı məlumat təsdiqini tapmadığı üçün xəbəri təkzib edirik. Bu vacib məqamı oxucularımızla bölüşməklə yanaşı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə üzrxahlığımızı bildirir, onların peşəkar kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayır, fikirlərini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik.

Seçilən
7
7
moderator.az

10Mənbələr