Noyabrın 8-də Bakıda keçiriləcək Zəfər Paradında Türkiyə və Pakistan hərbçiləri də iştirak edəcəklər.
Modern.az xəbər verir ki, artıq hər iki ölkənin hərbçiləri Azərbaycana gəlib.
Məlumata görə, Türkiyə və Pakistan hərbçiləri Bakıda məşqlərə başlayıblar.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif paradda iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.