“Barselona”nın ümumi borcu dünya futbolunda rekord həddə çatıb və hazırda 1,5 milyard avroya yaxındır.
Gundem.az xəbər verir ki, bu barədə nüfuzlu “The Athletic” nəşrinin analitik məqaləsində deyilir.
Qeyd olunur ki , 2021-ci ildə kataloniyalılar dünyanın bütün futbol klubları arasında ən böyük itkiyə məruz qalıb – 555 milyon avro.
Xüsusilə, “Barselona”nın 2022-ci ildən etibarən transferlərə görə klublara təxminən 160 milyon avro borcu var.
“Digər komandaların çoxu bu vəziyyətdə xərcləri kəskin şəkildə azaldır. Bununla belə, “Barselona” daim vəsait toplamaq üçün yeni yollar tapır – eyni zamanda kommersiya sferasında fenomenal artım nümayiş etdirir”, – nəşr yazır.