AZ

Bakıda Zəfər Günü münasibətilə hərbi yürüşlər başlayıb

 Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin zəfər yürüşü keçirilir. “Report”un məlumatına görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Yürüşdə “Müzəffər Ali Baş Komandan!”, “Zəfərin mübarək, Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilir.

Marşrut Qəzənfər Musabəyov parkından başlayaraq Hüseyn Cavid prospekti və Parlament prospekti istiqamətində Şəhidlər xiyabanına qədər uzanır. Paralel olaraq paytaxtın digər hissələrində də yürüşlər keçirilir. 8 Noyabr – Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə təsis edilib və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunub.

Seçilən
38
anews.az

1Mənbələr