AZ

NASA rəhbərliyinə namizəd gələn il Marsa gəmi göndərməyi təklif edir

ABŞ Prezidenti Donald Tramp tərəfindən yenidən NASA rəhbərliyinə namizəd göstərilən milyarder Cared Ayzekman 2026-cı ilin əvvəlində Marsa pilotsuz uçuş aparatı göndərməyi təklif edib.

Musavat.com xəbər verir ki, məlumatı Ayzekmanın "Afina Layihəsi" planına əsasən Bloomberg yayıb. Agentlik bildirir ki, sənəddə milyarder İlon Maskın SpaceX şirkətinin ABŞ-a Marsa missiya göndərməyə kömək edə biləcək şirkətlərdən biri ola biləcəyi qeyd olunub. Planda həmçinin NASA ilə Blue Origin, Rocket Lab və Axiom Space arasında mümkün əməkdaşlıq müzakirə olunub.

Ayzekman əvvəllər X hesabında "Afina Layihəsi"nin mövcudluğunu təsdiqləmişdi: "Afina, həqiqətən də, mənim və çox kiçik bir qrup insanın may ayında ilkin namizədliyim və geri çəkilməyimdən bəri üzərində işlədiyim bir layihə planı idi. Bu planın bəzi hissələri artıq köhnəlib". 

Musavat.com

Seçilən
45
1
musavat.com

2Mənbələr