AZ

Tramp G-20 sammitində iştirakdan imtina etdi: Səbəbi maraqlıdır...

ABŞ prezidenti Donald Tramp noyabrın 22-23-də keçiriləcək G-20 Sammitinə qatılmayacağını bəyan edib və Cənubi Afrikanın G-20-də olmaması lazım olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Mayamidə keçirilən “Amerika Biznes Forumu”na qatılıb və orada çıxış edib.

Tramp Cənubi Afrikada baş verən bəzi hadisələrə heç vaxt göz yummadığını bildirib, lakin konkret olaraq nə demək istədiyini açıqlamayıb.

May ayında Cənubi Afrika prezidenti Cyril Ramaphosa-nı Ağ Evdə qonaq edən Tramp Oval Ofisdən verdiyi açıqlamada Cənubi Afrikada ağdərililərə qarşı ciddi cinayətlərin törədildiyini və hökumətin onların qarşısını ala bilmədiklərini müdafiə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
turkustan.az

1Mənbələr