Azərbaycan futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla qarşılaşacaq.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
İlk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edən, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün Bakı vaxtı ilə saat 17:00-da növbəti oyununa çıxacaq.