Kompüterərin, avadanlıqların və proqram təminatlarının topdan və pərakəndə satışı ilə məşğul olan "Bestcomp Group" QSC 2024-cü ili 26 milyon 347 min manat xalis mənfəət ilə başa vururb. Şirkət 2023-cü ili 26 milyon 553 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Bestcomp Group"un xalis mənfəəti cüzi azalıb.
Marja.az xəbər verir ki, 2023-cü ildə "Bestcomp Group"un satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 206 milyon 790 min manat ikən, 2024-cü ildə 194 milyon 28 min manat təşkil edib (12 milyon 762 min manat və ya 6,6% azalıb). Şirkətin digər gəlirləri isə 35 dəfədən çox artaraq 42 min manatdan 1 milyon 494 min manata qalxıb.
Qeyd edək ki, 22 iyun 1998-ci ildə dövlət qeydiyyatına alınmış "Bestcomp Group" QSC-nin 8 milyon 962 min 330 manat nizamnamə kapitalının 63,50%-i Hasənov Rauf İlyas oğluna, 14,73%-i Həsənov Saleh İlyas oğluna və 21,77%-i Məmmədov Əsəd Rauf oğluna məxsusdur.

