AZ

Tramp Nyu-York meri Mamdaniyə: “Düşünürəm ki, o, mənimlə yaxşı rəftar etməlidir”

ABŞ Prezidenti Donald Tramp, Nyu-York meri seçkilərində qalib gələn Demokratlar Partiyasının namizədi Zöhran Mamdani haqqında danışarkən, “Düşünürəm ki, o, mənimlə yaxşı davranmalıdır. Ona gələn bir çox şeyi təsdiq etməli olan mənəm, ona görə də o, pis başlayıb” deyə bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp, Fox News-a müsahibəsində, Mamdaninin seçkilərdəki qələbəsindən sonra etdiyi çıxışa işarə edərək, “Mən düşündüm ki, bu, çox qəzəbli bir çıxışdır” söyləyib. O, əlavə edib ki, “O, şübhəsiz ki, mənə qəzəbləndi”.

Prezident, Mamdaninin “Bizim hər hansı birimizə çatmaq üçün hamımızdan keçməlisən” ifadəsini “çox təhlükəli bəyanat” olaraq qiymətləndirib və deyib: “Onun Vaşinqtona bir qədər hörməti olmalıdır. Çünki əgər o, hörmət etmirsə, uğur şansı yoxdur. Mən onu uğurlu etmək istəyirəm, mən şəhəri uğurlu etmək istəyirəm”.

Tramp, həmçinin Nyu-York şəhərini çox sevdiyini vurğulayaraq, “Yeni bələdiyyə sədrinin uğurlu olmasını istəyirəm. Nyu Yorku həqiqətən sevirəm” dedi.

Qeyri-rəsmi nəticələrə görə, Uqanda əsilli 34 yaşlı Mamdani, “bir əsrdə ABŞ-ın ən böyük şəhərinə rəhbərlik edən ən gənc və ilk müsəlman” olub. CBS News-un məlumatına görə, seçkilərdə 2 milyondan çox insan iştirak edib, bu da 1969-cu ildən bəri ən yüksək seçki fəallığı olaraq qeyd edilib.

Seçilən
21
veteninfo.az

1Mənbələr