AZ

"Putin məndən kömək istəyib" - Tramp

"İki həftə əvvəl Rusiya prezidenti Vladimir Putin məndən Ukraynadakı müharibənin həllində kömək istəyib". 

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

Onun sözlərinə görə, telefon danışığı zamanı Putin 10 ildir ki, müharibəni bitirməyə çalışdığını, lakin buna nail olmadığını bildirib.

"Mən iki həftə əvvəl Putinlə danışdım və o dedi: "Biz 10 ildir ki, bu müharibəni bitirməyə çalışırıq, lakin buna nail ola bilmədik. İndi bunu düzəltmək sizin əlinizdədir"", - ABŞ prezidenti ifadə edib. 

Tramp həmçinin qeyd edib ki, o, BMT-nin heç bir yardımı olmadan bəzi oxşar məsələləri bir saat ərzində həll edə bilib.

Gülayə Mecid

Seçilən
10
4
unikal.az

6Mənbələr