AZ

Rusiya Kamenskoye şəhərinə PUA hücumları edib, 8 nəfər xəsarət alıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərinə pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, zərbə nəticəsində bir neçə yanğın baş verib. O cümlədən dördmərtəbəli yaşayış binasında dağıntı baş verib. Dağıntılar altından beş nəfər çıxarılıb.

Ümumilikdə 8 nəfərin xəsarət aldığı bildirilib.

Vurğulanıb ki, qəza-xilasetmə işləri davam edir, hadisə yerində xidmətin psixoloqları zərərçəkənlərə yardım göstərirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
3
apa.az

4Mənbələr