AZ

Azərbaycanlı vəkil: Əşrəf Hakiminin məhkəmə işində hər şeyi sübut edərdim Video

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünya futbol ulduzu Əşrəf Hakiminin keçmiş həyat yoldaşının vəkili olsaydım, qarşı tərəfin iddialarını hüquqi baxımdan əsaslandırmaq və bütün dəlilləri ortaya qoymaqla nəticəyə təsir edə bilərdim.

Ölkə.Az xəbər verir ki, bu sözləri vəkil Qulam İsmayılzadə “YouTube”da yayımlanan “Kazusmedia” hüquq layihəsində bildirib. O, mərakeşli futbolçunun çox danışılan boşanma işi ilə bağlı fikirlərini bölüş

Vəkillər Kollegiyasının üzvü proqramda hüquqi fəaliyyətində qarşılaşdığı ən yaddaqalan hadisələrdən, peşə həyatında üzləşdiyi çətinliklərdən və vəkillik peşəsinin cəmiyyət üçün daşıdığı əhəmiyyətli missiyadan danışıb.

“Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Qulam İsmayılzadə buraxılışda illər öncə müdafiə etdiyi bir işdən bəhs edərək bildirib ki, bəzən vəkillər üçün hər işdə uğur qazanmaq mümkün olmur. Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin həyat yoldaşı coraba heroin hopduraraq onu müştərisinə keçirməyə çalışarkən saxlanılıb və bu hal işin nəticəsinə mənfi təsir göstərib. 

“Bəzi məqamlarda vəkilin bütün səylərinə baxmayaraq, obyektiv vəziyyətlər işi istənilən istiqamətdə aparmağa imkan vermir”, – deyə o qeyd edib.

Qulam İsmayılzadə müsahibə zamanı vurğulayıb ki, vəkillik sadəcə hüquqi biliklərə malik olmaqdan ibarət deyil — bu, həm də etik prinsiplərə sadiqlik, obyektivlik və insan talelərinə həssas yanaşma tələb edən bir peşədir.

Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi yalnız tanınmış hüquqşünasların peşəkar təcrübəsini ictimaiyyətə təqdim etmir, eyni zamanda hüquqi maarifləndirmə missiyasını həyata keçirərək cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasına və hüquq peşəsinə olan marağın artırılmasına xidmət edir.

Daha ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
olke.az

3Mənbələr