AZ

Tramp Nyu Yorkun müsəlman merinə barmaq silkələdi: O, mənimlə düzgün davranmalıdır

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkilərində qalib gələn Demokratların namizəd Zöhran Mamdaniyə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp qələbədən sonra ona "Televizorun səsini qaldır, Tramp. Bilirəm, məni izləyirsən...", - deyə, onu "Despot" adlandıran yeni merin ilk çıxışında böyük səhvlərə yol verdiyini bildirib.

Tramp bildirib ki, Mamdani ona meydan oxumaqla çox pis yolu seçib: "Düşünürəm ki, o, mənimlə daha düzgün davranmalıdır. Çünki ona gələn, aid olan bir çox şeyi təsdiqləməli olan mənəm, ona görə də onun pis başlanğıc etdiyini deyə bilərəm. O, mənə qarşı hədsizqəzəbli idi. Mamdanini Vaşinqtona hörmətlə yanaşmalıdır. O, deyir ki, "Bizim birimizə toxunmaq üçün hamımızın üzərindən keçməli olacaqsınız". Bu, çox təhlükəli bir açıqlamadır. Onun Vaşinqtona bir az hörmət etməsi lazımdır. Çünki hörmətcil deyilsə, uğur qazanmaq şansı yoxdur və mən onu deyil, şəhəri uğurlu etmək istəyirəm. Görəcəyik nə olacaq. Əslində, yeni merin də uğurlu olmasını istəyirəm, çünki Nyu-Yorku sevirəm. Mən həqiqətən Nyu-Yorku sevirəm."

Xatırladaq ki, Uqandada anadan olan 34 yaşlı Mamdani ABŞ-ın ən böyük şəhərinə rəhbərlik edən ən gənc və ilk müsəlman mer kimi tarixə düşüb. Ona seçkidə 2 milyondan çox insan səs verib.

Zülfiyyə

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
mia.az

1Mənbələr