AZ

Con Hili: Tramp Putini danışıqlar masasına oturmağa razı sala bilər

Böyük Britaniyanın müdafiə naziri Con Hili ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini Ukrayna ilə bağlı sülh danışıqlarına başlamağa razı sala biləcəyini iddia edir, baxmayaraq ki, danışıqlarda indiyə qədər heç bir irəliləyiş əldə edilməyib...

Poliqon xəbər verir ki, Politico-nun Ukraynada atəşkəsə nail olmağın Qəzza zolağından daha çətin olub-olmadığı sualına cavab olaraq Hili bir istisna olmaqla, iki müharibəni müqayisə etməyin mümkün olmadığını bildirib.

"Prezident Tramp Putini danışıqlar masasına gətirə və potensial olaraq döyüşlərə son qoya biləcək şəxsdir", deyə o bildirib.

Hili həmçinin vurğulayıb ki, atəşkəs vəziyyətində təhlükəsizliyi təmin etməyi öhdəsinə götürən Ukraynanın müttəfiqləri olan "istəklilər koalisiyası"nın işi mütəmadi olaraq yenilənir ki, hər an müdaxilə etməyə və sülhün təmin edilməsinə kömək etməyə hazır olduqlarına əmin olsunlar.

Daha əvvəl Tramp Putinin iki həftə əvvəl telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsinin həllində ondan kömək istədiyini bildirmişdi. Daha sonra Putin yenidən tezis irəli sürüb ki, guya 10 ildir Ukraynadakı müharibəyə son qoymağa çalışır.

Si Szinpinlə görüşdə Tramp Çin və ABŞ-ın Ukraynadakı müharibəyə son qoymaq üçün birlikdə çalışdığını, lakin bəzən onların döyüşməsinə icazə verməli olduğunu bildirib.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr