AZ

O da sizi xəstəlikdən QORUMUR

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Kalori məhdudiyyəti olmadan aralıqlı oruc tutmaq ürək-damar sağlamlığını və ya qanDA qlükoza nəzarətini yaxşılaşdırmır.

“Cebheinfo.az” xəbər verir ki, bu, Almaniyanın İnsan Qidalanması İnstitutunun (DIfE) alimlərinin gəldiyi nəticədir.

Nəticələr “Science Translational Medicine” (STM) jurnalında dərc edilib.

Təcrübədə 31 artıq çəkili qadın iştirak edib. İki həftə ərzində iştirakçılar aralıqlı oruc tutublar Bu,  qidalanmanın bir neçə saatla məhdudlaşdırıldığı bir pəhriz. Birinci qrupa səhər saat 8:00-dan axşam saat 4:00-dək, ikinci qrupa isə günorta saat 13:00-dan axşam saat 9:00-dək yeməyə icazə verilib. İki qrupun kalori qəbulu və qida tərkibi demək olar ki, eyni olub.

Qan nümunələri dörd laboratoriya müayinəsi zamanı toplanıb. Alimlər, həmçinin karbohidrat və yağ metabolizmasını təhlil etmək üçün oral qlükoza tolerantlığı testi aparıblar. Əvvəlki tədqiqatlardan fərqli olaraq, yeni tədqiqatda aralıqlı orucla insulin həssaslığında, qan şəkəri səviyyələrində, qan yağ səviyyələrində və ya iltihab markerlərində klinik cəhətdən əhəmiyyətli dəyişikliklər aşkar edilməyib.

Tədqiqatçılar qeyd ediblər ki, ürək-damar sağlamlığı göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.Tədqiqatın həmmüəllifi professor Olqa Ramiç deyib ki, əvvəlki tədqiqatlarda müşahidə edilən sağlamlıq faydaları, yemək vaxtının azaldılmasından daha çox, kalori qəbulunun qəsdən azaldılması ilə əlaqədardır:

“Arıqlamaq və ya maddələr mübadiləsini yaxşılaşdırmaq istəyənlər yalnız vaxta deyil, həm də pəhrizlərinin enerji dəyərinə də diqqət yetirməlidirlər”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr