AZ

Andrade bombardirlər siyahısında

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turundan sonra yarışın bombardirləri siyahısında yer alıb."Football-plus.az" xəbər verir ki, labo-verdeli dünən “Çelsi” ilə matçda (2:2) fərqlənməklə liqa mərhələsində qollarının sayını 3-ə yüksəldib. 26 yaşlı oyunçu ilə yanaşı daha 9 futbolçu 3 qol vurub. Bu göstərici ilə onlar hamısı 8-ci yerə şərikdirdi.Söhbət Harvi Barns (Nyukasl), Fermin Lopes (Barselona), Qorka Quruseta (Atletik), Markos Lyorente (Atketiko), Luis Dias (Bavariya), Qabriel Martinelli (Arsenal), Feliks Nmeça (Borussiya D), İqor Payşao (Olimpik) və Duşan Vlahoviçdi (Yuventus).Bombardirlər siyahısına 6 qolla Viktor Osimhen (Qalatasaray) başçılıq edir. Sonrakı yerləri hərəyə 5 qol vuran Erlinq Haaland (Mançester Siti), Harri Keyn (Bavariya), Kilian Mbappe (Real) və 4 dəfə fərqlənmiş Entoni Qordon (Nyukasl), Lautaro Martines (İnter), Markus Raşford (Barselona) tutur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
4
icma.az

5Mənbələr