AZ

Tramp Putini nüvə arsenalı ilə təhdid etdi: "Dünyanın ən böyüyü bizik, mənim sayəmdə”

ABŞ prezidenti Donald Trampın nüvə silahları ilə bağlı son açıqlaması beynəlxalq ekspertlər tərəfindən birbaşa Rusiyaya və Kreml rəhbərliyinə ünvanlanmış xəbərdarlıq kimi şərh olunur.

Musavat.com xəbər verir ki, Tramp bəyan edib ki, ABŞ hazırda dünyada ən geniş və yenilənmiş nüvə arsenalına malikdir və Vaşinqton digər dövlətlərin – xüsusən də Rusiya, Çin və Şimali Koreya – sınaq proqramları fonunda öz silahlarını yenidən test etməyə başlayacaq.

Bizə görə (Musavat.com) bu açıqlama son iki il ərzində Rusiyanın Avropa və Ukrayna istiqamətində nüvə ritorikasını gücləndirməsinə cavab olaraq ortaya çıxıb. Kreml rəsmiləri və Rusiyanın hərbi-siyasi elitası bir neçə dəfə açıq şəkildə həm NATO ölkələrini, həm də Kiyevi nüvə qüvvələrinin istifadəsi ilə hədələyib.

Musavat.com-un təhlilinə görə, Trampın ritorikası Putinlə son telefon danışıöından sonra ciddi şəkildə dəyişib. İndi onun leksikonunda Putinə hörmət, ona etimad etməsi ilə bağlı cümlələr yoxdur. Əvəzində sanksiyalar və nüvə arsenalını inventarlaşdırması bəyanları üstünlük təşkiı edir.

Tramp faktiki olaraq bildirir ki, ABŞ yalnız siyasi və diplomatik danışıq müstəvisində deyil, nüvə gücü balansında da üstün mövqedədir və lazım gəldikdə bu üstünlüyü praktiki şəkildə göstərməyə hazırdır.

Bu, Vaşinqtonun Moskva ilə münasibətlərində yeni mərhələnin başlandığını göstərir: əvvəlki “hörmətli münasibət və şəxsi dialoq modeli” yerini açıq strateji təzyiq və güc nümayişi siyasətinə verir.

Bu kontekstdə Çin faktoru da nəzərə alınır, lakin hədəfin əsas mərkəzində Kremlin nüvə ritorikası dayanır.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr