AZ

Bu, Cənubi Qafqazda sülhün bərqərar olmasına real sərmayədir”

ain.az, Missiya.az portalına istinadən məlumat verir.

“Azərbaycan və Gürcüstan üzərindən Rusiya ilə Ermənistan arasında dəmir yolu xəttinin açılması Cənubi Qafqazda sülhün bərqərar olmasına real sərmayədir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə müsahibəsində deyib.

"Biz Rusiya Federasiyası ilə Ermənistan arasında Azərbaycan Respublikası və Gürcüstan ərazisi ilə həyata keçirilən dəmir yolu əlaqəsinin başlanmasını alqışlayırıq", - deyə siyasətçi vurğulayıb.

Overçuk qeyd edib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsi yaradılır.

Onun sözlərinə görə, bu, həm də Rusiyanın regional sabitlik və bütün region dövlətlərinin iqtisadi inkişafı istiqamətində gördüyü işin sübutudur.

Overçuk bildirib ki, yeni marşrut Rusiyanın region ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirir, Ermənistan bazarlarının Avrasiya İqtisadi Birliyinin digər üzv dövlətlərindən malların idxalı üçün əlçatanlığını artırır.

Daşqın HəsənovMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
missiya.az

2Mənbələr