AZ

​​​​​​​Beynəlxalq və müntəzəm daşımalar üzrə elektron qaimə-fakturanın tərtibi müddəti müəyyənləşir

Beynəlxalq və müntəzəm daşımalar üzrə elektron qaimə-fakturanın tərtib edilmə müddəti müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə daşıma xidmətlərinin başlanıldığı vaxtadək, müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt təqdim (tərtib) etməlidir.

Seçilən
9
2
apa.az

3Mənbələr