AZ

Azərbaycan yaşı 7 ildən çox avtomobillərin idxalına aksiz vergisini optimallaşdıra bilər

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda istehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanmış aksiz vergisi əmsalların optimallaşdırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
azpolitika.info

1Mənbələr