AZ

“Arsenal” tək qaldı…

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Çempionlar Liqasında IV turun oyunlarından sonra qol buraxmayan bir komanda qalıb.

Futbolpress.az xəbər verir ki, bu, İngiltərə təmsilçisi “Arsenal”dır. London klubu keçirdiyi 4 oyunda 11 qol vurub, qapısını isə toxunulmaz saxlayıb.

Bu tura qədər “Arsenal”la yanaşı, “İnter” qol buraxmamışdı. “Neradzurra”nın “quru seriyası” dünən “Kayrat”la matçda (2:1) pozulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
futbolpress.az

1Mənbələr