Bu gün Azərbaycan qadın voleybolçuları VI İslam Həmrəyliyi Oyunlarında Tacikistan yığması ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız turnirdəki ilk oyununda İran millisini 3:0 hesabı ilə məğlub edib.