Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xalq artisti Brilliant Dadaşova müğənni Samir Bağırovla bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, "Xəzər axşamı" proqramına açıqlama verən Dadaşova bunları söyləyib:
"Samir uzaqlaşanda ən çox məyus olanlardan biri mən idim. Özünəməxsus oxu tərzi var. Hər insan ifasında ürəyini açır. Ürəkdə işıq varsa, tamaşaçı hiss edir. Biz onunla duet oxuyanda onda çətinliklər var idi. Mən onun sənətini, özünü sevirəm. İnsani keyfiyyətlər vacibdir. Onun xasiyyətində bu özünü göstərir. Bizim duet rezonans yaratdı, sevildi. Xalq musiqisi, muğam dinləyən belə bunu dinlədi. Samir uzaqlaşanda məyus oluram. Uzaqlaşmasın, oxusun və biz onun qəlbinin səsini duyaq".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.