Gələn ildən dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmayacaq.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.