ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycanın basketbol klubu “Neftçi” FIBA Avropa Kubokunda IV turunda qələbə qazanıb. I qrupda mübarizə aparan “ağ-qaralar” Bakı İdman Sarayında baş tutan qarşılaşmada Polşanın “Trefl” komandasını 92:87 hesabı ilə üstələyib.
Azərbaycanın digər təmsilçisi “Abşeron Lions” basketbol komandası da növbəti oyununu keçirib. Estoniyada “Kalev”in qonağı olan basketbolçularımız 101:71 hesablı qələbə qazanıb.
Qabil ƏliyevXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.