Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Neftçi” – “Kəpəz” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimə edilib. pizza mizza
Eyni matçın 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 2500 manat cərimələnib.
“Turan Tovuz” – “Şamaxı” görüşündə “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt”ın 4 nəfər sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat cərimələnib.
Telegram kanalımız