AZ

Gediş haqqını ödəməmək üçün qadın taksidən yola TULLANDI – VİDEO

Qadın taksidə ödənişdən yayınmaq üçün hərəkətdə olan avtomobildən tullanıb. Hadisə zamanı qadın xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, naməlum qadın taksidə gediş haqqını ödəməmək məqsədi ilə avtomobil hərəkətdə olarkən qapını açaraq özünü küçəyə atıb.

Şahidlərin sözlərinə görə, sürücü dayanmağa macal tapmayıb.

Qadın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti barədə dəqiq məlumat verilməsə də, həkimlər həyati təhlükənin qismən olduğunu bildirir.

Sürücü ifadə verib, polis isə hadisənin motivlərini araşdırır.

Hazırda qadının kimliyi və hadisə zamanı psixoloji vəziyyətdə olub-olmadığı dəqiqləşdirilir.

Taksi şirkəti sürücünün qaydalara uyğun davrandığını bildirib və araşdırmaya dəstək verdiyini qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr