AZ

“Qarabağ”ın “Çelsi” ilə oyundan sonra qazandığı məbləğ məlum oldu

“Qarabağ” Çempionlar Liqasında qazancını artırıb.
Ulusal.az  xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan Ağdam klubu Liqa mərhələsində  ümumilikdə 4,9 milyon avroya qazanıb.
Belə ki, bu mərhələdə qələbəyə görə 2,1 milyon avro, heç-heçəyə görə 700 min avro mükafat verilir. “Qarabağ” 4 oyundan ikisində qələbə qazanıb, bir heç-heçə edib və bir dəfə məğlub olub.
“Qarabağ” Liqa mərhələsinə vəsiqə qazandığına görə, ümumilikdə 23 milyon 700 min avro əldə edib. Hazırda bu məbləğ 28 milyon 600 min avroya çatır. Bu isə təxminən 56 milyon manat deməkdir.
Seçilən
0
1
moderator.az

2Mənbələr