AZ

Zəhərli valideynin 10 xüsusiyyəti: Onlar övladlarınızla münasibətlərinizi poza bilər

Lent az saytına istinadən ain.az xəbər verir.

Uşaqların böyüdükdən sonra valideynləri ilə münasibətlərinin pozulması tez-tez müşahidə olunan, lakin səbəbi həmişə dərhal görünməyən bir problemdir.

Lent.az xəbər verir ki, psixoloqlar bununla bağlı əsas xarakter xüsusiyyətlərini müəyyən ediblər.

Cornell Universitetinin 2020-ci il tədqiqatına görə, yetkin insanların təxminən 27 faizii son vaxtlar ailə üzvlərindən biri ilə ümumiyyətlə danışmadığını, 10 faizi isə bunun birbaşa valideyni olduğunu bildirib. Bu göstərici 10 il əvvəlkindən xeyli yüksəkdir.

Mütəxəssislər uşaqların böyüdükdən sonra valideynləri ilə münasibəti kəsməsinə tez-tez səbəb olan 10 əsas xüsusiyyəti sadalayır:

Konservativ düşüncə

Həddən artıq sərt dəyərlər və daim müdafiə mövqeyində olmaq ailədə davamlı gərginliyə səbəb ola bilər. Belə valideynlər çox zaman uşaqlarını dinləmir və onların ehtiyaclarını qəbul etmir. Bu isə uzun illər yığılan emosional travmalara gətirib çıxarır.

Açıq ünsiyyətdən qaçmaq

Səmimi dialoq sağlam münasibətlərin əsas şərtidir. Uşaqlarla danışmayan, problemləri dinləməyən valideynlərlə emosional yaxınlıq qurmaq çətin olur. Belə mühitdə böyüyənlər böyüklər yaşında emosional ifadədə çətinlik çəkə bilər.

Sərhədlərə hörmətsizlik

Hər bir insanın şəxsi məkanı və emosional sərhədləri var. Toksik valideynlər isə onları tez-tez pozur, uşağın həyatı üzərində nəzarəti saxlamağa çalışır. Psixoloqlar qeyd edir ki, bu, hörmət hissini zədələyir və uşağın müstəqilliyinə mane olur.

Məsuliyyətdən qaçma

Səhvlərini boynuna almamaq, günahı digərlərində görmək – narsistik davranışın əlamətləridir. Belə valideynlərin uşaqları böyüyəndə özünəinam problemi yaşayır və tez-tez dəyərlilik hissini itirirlər.

Həddindən artıq tələbkarlıq

Uşaqlardan çox şey gözləmək və daima müqayisə etmək onlarda günahkarlıq və utanc hissi yaradır. Bəzən valideynlər hətta övladlarının uğurlarına belə qısqanclıq göstərə bilir.

Empatiyanın olmaması

Dəstək göstərmək əvəzinə məyusluq və əsəblə reaksiya verən valideynlər münasibətləri zədələyir. Nəticədə tərəflər bir-birindən emosional cəhətdən uzaqlaşır.

Manipulyasiya

Bəzi valideynlər uşaqlarını emosional və ya maddi dəstək göstərməyə məcbur edirlər, halbuki uşaqlıqda özləri onlara lazımi qayğını verməyib. Bu, qarşılıqlı güvənsizlik yaradır.

Üzr istəmək bacarığının olmaması

Səhvini qəbul etməmək və üzr istəməmək münasibətləri dərin şəkildə zədələyir. Uşaqların emosional rifahı üçün valideynin empatiyası çox önəmlidir.

Nəvazişsizlik və diqqətsizlik      

Uşaqlar valideynlərinin xoşbəxt olmasını istəyir, lakin qarşılıq görmədikdə emosional tükənmə yaşayırlar və zamanla özlərini məsuliyyət hissindən azad etmək üçün əlaqəni kəsə bilərlər.

Özünə inamsızlıq

Özünü güvənli hiss etməyən bəzi valideynlər tənqid, günahlandırma və emosional təzyiqi uşaqlarına yönəldə bilər. Bu isə həm münasibətləri, həm də övladın psixoloji sağlamlığını zədələyir.

Psixoloqlar vurğulayır ki, böyüklərin valideynlərlə əlaqəni kəsməsi adətən illərlə yığılan emosional ağrı və qorunma ehtiyacının nəticəsidir. Sağlam münasibət isə qarşılıqlı hörmət, empatiya, məsuliyyət və açıq ünsiyyət tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
lent.az

1Mənbələr