AZ

Cənubi Koreyada qazanxana çöküb, 7 nəfər dağıntılar altında qalıb

Bakı, 6 noyabr, AZƏRTAC

Cənubi Koreyada elektrik stansiyasının qazanxanasının çökməsi nəticəsində 7 nəfər dağıntılar altında qalıb.

AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, qəza Ulsan şəhərindəki elektrik stansiyasında baş verib. Dağıntılar altından 2 nəfər çıxarılıb, qalanların isə axtarışları davam edir.

Cənubi Koreyanın Baş naziri Kim Min Sok dağıntılar altında qalan insanları xilas etmək üçün Daxili İşlər Nazirliyinə, xilasedicilərə və polisə bütün mövcud texnikanı və şəxsi heyəti səfərbər etməyi tapşırıb.

Seçilən
53
1
azertag.az

2Mənbələr