AZ

Palçıq Vulkanları Turizm Kompleksi Təbiətin möcüzəsi

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

"Mən turist olsaydım" rubrikasının növbəti ünvanı Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşən Palçıq Vulkanları Turizm Kompleksidir.

Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazini əhatə edir. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür.

Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr