AZ

"Dəyişikliklər paketi gələn ildən tətbiq olunacaq büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb"

Yazını böyüt
Yazını kiçilt

"Hazırlanmış dəyişikliklər paketi 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb. Bununla yanaşı, təkliflər "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq dövlət büdcəsinin dayanıqlığının təmin edilməsi, strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin və kapital qoyuluşlarının artırılması hədəfləri nəzərə alınmaqla hazırlanıb".

Hafta.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

"Eyni zamanda, layihədə ölkə Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələrək Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin genişləndirilməsi kimi tapşırıqlar da nəzərə alınıb. Təkliflər layihəsi həmçinin muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonrakı dövrə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asılılığın azaldılması və daxili bazarın qorunması, vergi nəzarətinin və şəffaflığın artırılması, eləcə də qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsini nəzərdə tutur", - deyə DVX-nin rəisi əlavə edib.

Seçilən
31
hafta.az

1Mənbələr