AZ

Nazir: 2025-ci ildə 158 min nəfər işlə təmin edilib

 2025-ci ilin ilk 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2026-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, 2026-cı ildə bu göstəricinin 170 min nəfərə yaxınlaşacağı gözlənilir.

Nazir qeyd edib ki, əhalinin məşğulluğunun artırılmasında əsas aktiv mexanizmlərdən biri olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək. İnnovativ Sosial Fondun (İSF) büdcə xərclərinin 29 faizi bu proqramın maliyyələşdirilməsinə yönəldiləcək.

Anar Əliyev bildirib ki, 2026-cı ildə İSF vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.

Gülnar Nazimqızı 

Seçilən
3
1
anews.az

2Mənbələr