AZ

Azərbaycan və İtaliya mərkəzi bankları risk əsaslı nəzarət strategiyasının hazırlanmasını müzakirə ediblər

Bakı. Trend:

Azərbaycan və İtaliya mərkəzi bankları risk əsaslı nəzarətstrategiyasının hazırlanması və tətbiqi imkanlarını müzakirəediblər.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir.

Belə ki, Mərkəzi Bankın nümayəndə heyəti İtaliya MərkəziBankında işgüzar səfərdə olub.

Səfərin məqsədi risk əsaslı nəzarət strategiyasının hazırlanmasıvə tətbiqi, daxili kapital və daxili likvidlik adekvatlığınınqiymətləndirilməsi, eləcə də model riskinin idarə edilməsi vəverifikasiyası mövzuları üzrə müzakirələrin keçirilməsindən ibarətolub. Bununla yanaşı, bazar davranışlarının tənzimlənməsi vənəzarəti üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Mərkəzi Bankın nümayəndə heyəti tərəfindən“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”,həmin çərçivədə icra olunan risk əsaslı nəzarət və “Suptech”(nəzarət texnologiyaları) layihələrinin gedişatı barədə məlumatverilib.

Məqalədə:
Seçilən
67
3
az.trend.az

4Mənbələr