AZ

Neyroloqlar yuxusuz gecədən sonra beyində baş verənləri kəşf ediblər

Amerikalı nevroloqlar kəşf ediblər ki, təfəkkürün azalması və konsentrasiyanın azalması beynin oyaqkən həyata keçirmək məcburiyyətində qaldığı təcili “təmizləmə”nin nəticəsidir.

E-saglam.az xəbər verir ki, "Nature Neuroscience" jurnalında yayımlanan yeni araşdırmaya görə, beyin bəzən bir neçə saniyəlik diqqət itkisi yaşayaraq özünü toksinlərdən təmizləyir.

Adətən bu proses yuxu zamanı baş verir: onurğa beyni mayesi neyronlara zərər verə biləcək metabolik tullantıları xaric edir. Lakin Massaçusets Texnologiya İnstitutundan Laura Lyuisin rəhbərlik etdiyi alimlər müəyyən ediblər ki, yuxusuz qalanda beyin bu təmizlənmə prosesini gündüzlər qısa fasilələrlə həyata keçirir.

Təcrübədə 26 nəfər könüllü yuxulu və yuxusuz gecələrdən sonra testlərə cəlb olunub. Onlar sadə reaksiya tapşırıqları yerinə yetirərkən beyin fəaliyyətləri MRT ilə izlənib. Məlum olub ki, yuxusuz qalan insanlar bəzən bir neçə saniyəlik “sönür” və bu anda beyin mayesinin dövranı artır. Diqqət bərpa olunduqda isə bu axın azalır.

Alimlər nəticəyə gəliblər ki, belə qısa diqqət yayınmaları beynin özünü qoruma mexanizmidir. Başqa sözlə, beyin yuxusuz qaldıqda zərərli maddələrin yığılmasının qarşısını almaq üçün özünə “mikrofasilə” verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
26
e-saglam.az

1Mənbələr