BAKI, 6 noyabr. TELEQRAF
Yanvarın 1-dən toylar, şənliklər və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət sahələrində, həmçinin fərdi foto və audio-video xidmətləri göstərən şəxslər (fotostudiyalar istisna olmaqla) minimum aylıq əməkhaqqının 8 faizi miqdarında məcburi sığorta haqqı ödəyəcəklər.
Teleqraf xəbər verir ki, bu bardə "Vergi Məcəlləsi"nə nəzərdə tutulan dəyişiklikdə qeyd olunub.
Qeyd edək ki, bu göstərici hazırda5% təşkil edir.