AZ

Vətəndaşların nəzərinə: Bu şəxslərin pensiya yaşı azaldıla bilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bu, çox gözəl və vaxtında atılmış addım olar. Azərbaycanda son illər doğum hallarının azalması müşahidə olunur və bu, demoqrafik sabitlik baxımından narahatedici haldır. Belə bir təşəbbüs, yəni, üç və ya daha çox uşağı olan valideynlərin pensiyaya beş il daha tez çıxması azalma tendensiyasının qarşısını almaq üçün atıla biləcək ciddi və məqsədyönlü addımlardan biri ola bilər".Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib. O bildirib ki, təkcə bu addımla kifayətlənmək olmaz:"Əhalinin sayının artımını stimullaşdırmaq üçün paralel şəkildə digər sosial təşviqlər də həyata keçirilməlidir. Məsələn, uşaq pullarının bərpa edilməsi və onların məbləğinin sosial reallıqlara uyğun artırılması ailələr üçün mühüm dəstək ola bilər".Sosioloq deyib ki, üçüncü və ya dördüncü uşağa görə dövlət tərəfindən 18 yaşına qədər hər ay xüsusi müavinət və ya əlavə yardımın verilməsi, gənc ailələr üçün mənzil və ipoteka güzəştlərinin tətbiqi kimi tədbirlər də doğum göstəricilərinə müsbət təsir göstərə bilər:"Belə təşviqlər həm ailələrin sosial rifahını gücləndirər, həm də ölkənin demoqrafik tarazlığının qorunmasına mühüm töhfə verər".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
demokrat.az

1Mənbələr