AZ

Ermənistan Baş naziri: II Qareginin qardaşı agentdir

Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı bütün ermənilərin katolikosu II Qareginin qardaşı Yezras Nersisyan barədə danışıb.
Teleqraf xəbər verir ki, o, Nersisyanı “KQB agenti” adlandırıb.
“Dərc olunmuş faktlar açıq şəkildə göstərir ki, o, hələ Sovet İttifaqı dövründə KQB agenti kimi cəlb olunub. İndiyədək nə katolikos, nə də onun qardaşından izahat tələb olunub.

İki suala çox konkret cavab verilməlidir, birincisi, qardaş məsələsi ilə bağlıdır. İkincisi, əgər Ktriç Nersisyanın (II Qaregin) övladı varsa, belə bir şəxs bütün ermənilərin katolikosu taxtını tuta bilərmi?”, - o qeyd edib.
Seçilən
9
2
sherg.az

3Mənbələr