AZ

Onların narkotikdən istifadə etdiyi təsdiqləndi - Siyahı

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində bir çox məşhurun test nəticələri pozitiv çıxıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, məhkəmə-tibb ekspertizasının analizlər nəticəsində hazırladığı hesabatda qan və saç nümunələrində narkotik maddə aşkarlanan məşhurlar Dilan Polad, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Mətin Akdülgər və Kaan Yıldırımdır.

İrəm Derici, Engin Polad, Ziynət Sali və Feyza Altunun isə qanlarında stimullaşdırıcı maddə tapılıb.

Qeyd olunub ki, Hadisə Açıkgöz, Mərd Yazıçıoğlu, Demet Evgar, Özgə Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyğu Özaslan kimi məşhurların analizlərinin nəticələri neqativ çıxdığından, onlarla bağlı açılan cinayət işinə xitam verilib.

İstintaq bəzi şübhəlilərin narkotik maddədən istifadə etdiyinə dair əldə edilən dəlillər əsasında başlayıb.

Seçilən
9
5
sitat.info

9Mənbələr